Haqqımızda
2015-ci ildən bu günə qədər veb xidmətləri göstərən agentliyik. Təsis edildiyimiz gündən bu günə qədər uzunmüddətli investisiyalara, qısa müddət ərzində qazanc əldə etməyə üstünlük verdik. Ən böyük qazancımız, işimizə duyduğumuz hörmət hissi və vurğunluqdur…
Və eyni hissləri bölüşən böyük ailəyə çevrildik. Hər il qazandığımız uğurlar bizi ruhlandırır və həvəsimizi daha da artırır. Ancaq ən böyük mükafat sizin tərif dolu sözləriniz və razılığınızdır.
Bizim işimiz yalnız veb-dizayndan ibarət deyil. Bura 360° digital xidmət agentliyidir.
Layihələrimizdə strategiya, istifadəçi təcrübəsi, dizayn, proqram, sosial media və seo komandaları ortaya mükəmməl iş çıxarmaq üçün vahid orqan kimi işləyir.
Veb-dizayn yüksək səviyyəli işlərimizdən yalnız biridir.
Bizim üçün hər layihə, yeni həyəcan deməkdir
Müştəri tərəfindən kifayət qədər hazırlıq işləri aparılmamış, əhəmiyyət verilməyən layihələri öhdəmizə götürmürük. Çünki bizim üçün hər layihə yeni həyəcan, yeni macəra deməkdir. Bu həyəcanı müştəridə görməsək, həmin layihənin uğurlu alınacağına inana bilmərik.
Müştərimizə iş ortağımız kimi yanaşırıq
Biz müştəridən ilham alırıq. Fikirlərini, layihə hədəflərini, xəyallarını zövqlə dinləyirik. İşlərimizi iki ortaq kimi, həvəslə görür və layihənin uğurlu alınması üçün ideyalarımızı, təcrübəmizi və enerjimizi ortaya qoyuruq.
Hələ yeni başlayırıq, görülməli çox işlər var
Veb saytınızı hazırlamaq, gediləcək uzun yolun ilk addımıdır. Müştərimizlə iş başa çatdıqdan sonra yollarımızı ayırmırıq. Texniki qulluq, dəstək, yeniləmə, təkmilləşdirmə işləri ilə yanaşı Rəqəmsal marketinq komandamız ilə marketinq dəstəyi təqdim edirik.
Hər addımda birbaşa əlaqəyə inanırıq
İşimizə ciddi yanaşırıq. Öz işimiz kimi qəbul edir və söz verdiyimiz vaxtda başa çatdırmaq üçün maksimum səy göstəririk. Layihə ərzində hər addımda yaşadığımız problemləri birbaşa əlaqə və dürüstlük prinsipinə əsasən müştəriyə bildiririk.